Bakı-Tbilisi təyyarəsi tufana görə geri qayıtdı

Bakı-Tbilisi təyyarəsi tufana görə geri qayıtdı
SOSİAL
12:27 13.04.2023
125
AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkətinin J2-9223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, təyyarə yerli vaxtı ilə saat 10:56-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.
OXŞAR XƏBƏRLƏR