Bakı və Sumqayıtda oğurluq edən 3 nəfər saxlanıldı

Bakı və Sumqayıtda oğurluq edən 3 nəfər saxlanıldı
HADİSƏ
20:39 05.06.2025
756
Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birindən 550 manat dəyərində məişət əşyaları oğurlanıb.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Z.Mayılov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Sumqayıt şəhərində bir nəfərə məxsus "Mercedes” markalı avtomobildən 400, Nəsimi rayonunda isə bir şirkətin anbarından 720 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 57 yaşlı Ə.Nəcəfov və 39 yaşlı F.Məmmədov da saxlanılıblar.

Araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR