Bakıda 67 yaşlı kişini avtomobil vurdu - Vəziyyəti ağırdır

SOSİAL
10:29 13.10.2023
478
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
AZXEBER.COM report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Həsənov Ələkbər Tofiq oğlunu vurub.
 
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
 
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
 
Hadisənin təfərrüatı araşdırılır.

OXŞAR XƏBƏRLƏR