Bakıda oğurluq etməyə çalışan yaşlı kişi tutulub.
Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən "Ayxan" marketdən oğurluğa cəhd göstərən 1947-ci il təvəllüdlü Solokin Vladimir Vasilyeviç tutulub. O, mağazanın siqnalizasiya sisteminin işə düşməsi nəticəsində yaxalanıb.
70 yaşlı Vladimir Solokin 15-ci Polis Bölməsinə təhvil verilib. O, ilkin ifadəsində ehtiyac üzündən oğurluğa əl atdığını deyib.
Faktla bağlı araşdırma aparılır.
///lent.az