Bakıda 90 yaşlı kişi faciəvi şəkildə öldü

Bakıda 90 yaşlı kişi faciəvi şəkildə öldü
SOSİAL
11:42 04.07.2026
282
Bakının Binəqədi rayonunda bədbəxt hadisə ölümə səbəb olub.

Hadisə M. Rəsulzadə qəsəbəsinin İlham Hacıyev küçəsində qeydə alınıb.

1936-cı il təvəllüdlü Tofiq Bəşir oğlu Rüstəmov yaşadığı evdə turnikdə məşq edərkən yıxılıb. Ağır xəsarətlər alan yaşlı kişi təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. T.Rüstəmov aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır./teleqraf
OXŞAR XƏBƏRLƏR