Villaların kirayəsində rekord artım: Qiymətlər 30 min manata çatdı

Villaların kirayəsində rekord artım: Qiymətlər 30 min manata çatdı
SOSİAL
11:52 04.07.2026
1068
Yay mövsümünün başlaması ilə istirahət planları da aktuallaşır. Kimi ölkə xaricinə, kimi isə bölgələrə üz tutur. Şəhərin səs-küyündən uzaqlaşmaq istəyənlərin bir qismi isə bağ evlərinə üstünlük verir ki, bu da kirayə bazarında hərəkətliliyi artırır. Xüsusilə Bakı və Abşeron yarımadasında bağ evlərinə tələbatın artması qiymətlərdə də özünü göstərir. Bəs bu mövsüm bağ kirayələmək istəyənləri hansı qiymətlər gözləyir? 

1000 manatdan 30 min manata qədər

Bu il bağ evlərinin kirayə qiymətləri ötən illərlə müqayisədə daha yüksəkdir. Qiymətlərə təsir edən əsas amillər dənizə yaxınlıq, hovuzun olması, torpaq sahəsinin ölçüsü, evin təmir vəziyyəti və infrastruktur imkanlarıdır. Xüsusilə dəniz sahilinə yaxın, geniş həyətyanı sahəyə və yüksək komfort şəraitinə malik villalar bazarın ən bahalı seqmentini təşkil edir.

Bakıətrafı bəzi villaların aylıq kirayə haqqı 30 min manata qədər yüksəlir. Söhbət əsasən Mərdəkan, Şüvəlan, Bilgəh, Zuğulba, Novxanı və Nardaran kimi prestijli qəsəbələrdə yerləşən villalardan gedir. Ərazilər üzrə qiymətlər fərqlənir. Nardaranda aylıq kirayə haqqı 4 500-20 000 manat, Bilgəhdə 2 500-17 000 manat, Pirşağıda 1 500-14 000 manat arasında dəyişir. Mərdəkanda bağ evləri əsasən 3 500-15 000 manata, Şüvəlanda isə 1 500-8 500 manata təklif olunur. Günlük villalar isə 150 manatdan başlayır, 500 manata qədər yüksəlir.

Dənizdən nisbətən uzaq ərazilərdə isə qiymətlər daha münasibdir. Türkan, Zirə, Hövsan və Maştağa kimi qəsəbələrdə daha əlçatan qiymətlərlə bağ evi kirayələmək mümkündür. Bu ərazilər əsasən orta büdcəli ailələrin seçimləri sırasında yer alır.

Hazırda Türkanda bağ evlərinin aylıq kirayə haqqı 600-2 000 manat, Zirədə 700-2 500 manat, Hövsanda 700-2 000 manat, Maştağada isə 800-3 000 manat aralığında dəyişir. Hovuzlu bağlarla adi bağlar arasındakı fərq 2-3 dəfə çoxdur.

"Əvvəllər xaricə 500 dollara səyahət edə bilirdiksə...”

Əmlak eksperti Firdovsi Xəlilov da təsdiqləyir ki, son illərdə Bakı ətrafında kirayəyə verilən bağ evləri və villalar bazarında ciddi dəyişikliklər müşahidə olunur. Ekspert hesab edir ki, bu tendensiyaya təsir edən əsas səbəblərdən biri xarici istirahətin bahalaşmasıdır: "Quru sərhədlərin bağlı qalması və təyyarə biletlərinin bahalaşması insanların ölkə xaricinə səyahət imkanlarını məhdudlaşdırıb. Nəticədə yerli istirahət məkanlarına maraq artıb. Əgər əvvəllər adambaşına 500-600 dollar büdcə ilə xarici istirahət planlaşdırmaq mümkün idisə, indi eyni büdcə ilə bunu həyata keçirmək demək olar ki, mümkün deyil”.

"Bəzi villalar personalı ilə verilir”

F.Xəlilovun sözlərinə görə, qiymətlərə təsir edən ikinci mühüm amil Bakı ətrafında həyata keçirilən iri yaşayış və istirahət layihələridir: "Həmin layihələr çərçivəsində həm mənzillər, həm də villalar kirayə bazarına çıxarılır. Eyni zamanda, bu ərazilərdə yaradılan geniş infrastruktur onların cəlbediciliyini artırır və tələbatın yüksəlməsinə səbəb olur. Hazırda Bakı və ətraf ərazilərdə istirahət məqsədilə kirayəyə verilən bağ evləri və villaların qiyməti obyektin yerləşməsindən, dənizə yaxınlığından, hovuzunun olub-olmamasından, eləcə də evin villa, "A-frame” və ya klassik həyət evi tipində olmasından asılı olaraq dəyişir. Bu tip obyektlərin aylıq kirayə haqqı təxminən 3 min manatdan 30 min manata qədərdir. Bəzi villalar bağban, texniki xidmət işçiləri və digər xidmət personalı ilə birlikdə təklif olunur ki, bu da qiymətə təsir edən amillərdən biridir”.

Villanı üç aylıq müqavilə ilə götürsəniz...

Əmlak eksperti bildirir ki, qiymətə təsir göstərən amillərdən biri də obyektin hansı müddətə icarəyə götürülməsidir: "Məsələn, aylıq kirayə haqqı 10 min manat olan villanı üç və ya dörd aylıq müqavilə ilə götürdükdə daha sərfəli şərtlər əldə etmək mümkündür. Nəzərə almaq lazımdır ki, bu obyektlərin böyük əksəriyyəti mövsümi xarakter daşıyır. Buna görə də yay aylarında qiymətlər daha yüksək olur”.

Villaları və bağ evlərini icarəyə götürərkən diqqət edilməli məqamlardan danışan ekspert qeyd edir ki, obyekt təhvil alınarkən onun vəziyyəti mütləq sənədləşdirilməlidir: "Xüsusilə villaların icarəsi zamanı həm icarəyə verən, həm də icarəyə götürən tərəf obyektin vəziyyətini foto və video çəkilişlərlə qeydə almalı, təhvil-təslim aktı tərtib etməlidir. İnventar siyahısının hazırlanması da məqsədəuyğundur. Çünki kirayə müddəti başa çatdıqdan sonra inventarla bağlı tərəflər arasında mübahisələr yarana bilər. Bundan əlavə, tərəflərin hüquq və öhdəliklərini aydın şəkildə müəyyən edən yazılı müqavilənin bağlanması gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması baxımından vacibdir”.

"Qiymət artımı son illərdə davamlı xarakter alıb”

Əmlak eksperti Anar Nəsirov deyir ki, Bakıətrafı qəsəbələrdə kirayə bazarında qiymət artımı son illərdə davamlı xarakter alıb: "2019-cu ildən etibarən Bakı və ətraf qəsəbələrdə kirayə mənzillərin qiymətində mütəmadi artım müşahidə olunur. Tələbin artması qiymətlərə birbaşa təsir göstərir və bu tendensiya 2026-cı ildə də davam edir. Xüsusilə istirahət üçün əlverişli şəraitə malik qəsəbələrdə bağ evlərinin qiymətində artım müşahidə olunur”. 

Mütəxəssis bildirir ki, vətəndaşların əksəriyyəti yay mövsümündə qiymətlərin daha da yüksələcəyini nəzərə alaraq bağ evlərini əvvəlcədən, əsasən mart-aprel aylarından bron edir. Bu isə tələbatın daha erkən formalaşmasına səbəb olur: "Ən yüksək qiymətlər dənizə yaxın və istirahət üçün əlverişli ərazilərdə müşahidə edilir. Ev sahilə nə qədər yaxın yerləşirsə, kirayə haqqı da bir o qədər yüksək olur.
 
 "Kaspi" 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yaşadığı evdə meyiti tapıldı
21:43 28.10.2026
Yaşadığı evdə meyiti tapıldı
İspaniyada üçgünlük matəm elan olundu
21:39 28.10.2026
İspaniyada üçgünlük matəm elan olundu
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
21:36 28.10.2026
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Ərdoğan Ankarada Tokayevlə görüşüb
21:32 28.10.2026
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
21:27 28.10.2026
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
Pərviz Abubəkirov işdən çıxarıldı
21:18 28.10.2026
Pərviz Abubəkirov işdən çıxarıldı
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
21:13 28.10.2026
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
21:10 28.10.2026
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
21:05 28.10.2026
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
21:03 28.10.2026
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
20:56 28.10.2026
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
20:47 28.10.2026
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Maldivli nazir: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub
20:45 28.10.2026
Maldivli nazir: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
20:39 28.10.2026
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
20:36 28.10.2026
Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
20:32 28.10.2026
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub