Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib

Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
SİYASƏT
21:10 28.10.2026
145
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub.

Bu barədə AZXEBER.COM-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva çıxışında qeyd edib ki, Azərbaycan əsrlər boyu müxtəlif dini ənənələrin və mədəniyyətlərin qovuşduğu məkan olub: "Ölkəmizdə bir-birinə çox yaxın məsafədə kilsə, sinaqoq və məscidlərə rast gələ bilərsiniz. Bu da qeyd etdiyimiz real multikultural mühitin sübutudur".

Asiya İncəsənəti üzrə Milli Muzeyin direktor müavini Nikol Dovd çıxışında incəsənətə dair müzakirələrin və mədəniyyət festivallarının muzey icmasına marağın artırılmasında rolu barədə danışıb.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova milli muzeylərin yalnız tarixi deyil, həm də xalqların estetik düşüncəsini və tarixən formalaşmış sənət təcrübələrini əks etdirdiyini vurğulayıb.

Beynəlxalq Muzeylər Şurasının (ICOM) vitse-prezidenti Nasir əl-Dərməki təmsil etdiyi qurumun icmalarla, akademik dairələrlə, eləcə də Britaniya Muzeyi, Smitson İnstitutu və Azərbaycan Milli Xalça Muzeyi kimi mədəniyyət müəssisələri ilə əməkdaşlığından bəhs edib.

Digər çıxışlarda da muzeylərin mədəniyyətlərarası dialoqda rolu barədə söhbət açılıb.

Sonda spikerlər auditoriyanın suallarını cavablandırıblar.
 








OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Real TV”nin əməkdaşlarını həmin məktəbin önündə döydülər - Saxlanılanlar var+Video
22:13 28.10.2026
“Real TV”nin əməkdaşlarını həmin məktəbin önündə döydülər - Saxlanılanlar var+Video
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
22:00 28.10.2026
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur
21:56 28.10.2026
Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
21:49 28.10.2026
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
Yaşadığı evdə meyiti tapıldı
21:43 28.10.2026
Yaşadığı evdə meyiti tapıldı
İspaniyada üçgünlük matəm elan olundu
21:39 28.10.2026
İspaniyada üçgünlük matəm elan olundu
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
21:36 28.10.2026
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Ərdoğan Ankarada Tokayevlə görüşüb
21:32 28.10.2026
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
21:27 28.10.2026
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
Pərviz Abubəkirov işdən çıxarıldı
21:18 28.10.2026
Pərviz Abubəkirov işdən çıxarıldı
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
21:13 28.10.2026
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
21:10 28.10.2026
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
21:05 28.10.2026
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
21:03 28.10.2026
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
20:56 28.10.2026
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
20:47 28.10.2026
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb