Bakıda adam öldürən "Barselona" azarkeşinə 12 il hökm oxundu - futbola baxa bilmədiyi üçün öldürüb

Bakıda adam öldürən "Barselona" azarkeşinə 12 il hökm oxundu - futbola baxa bilmədiyi üçün öldürüb
HADİSƏ
15:59 17.04.2018
6883

Keçmiş məhkumu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sadiq Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə S.Nəhmətov özünü təqsirli bildiyini deyərək söyləyib ki, həmin vaxt mərhumun xalası oğlugildə işləyib:

"Orada içki içmişdim. Evə gəlib gördüm qapı açıqdır, televizor da yoxdur. Qonşu Gülbəniz dedi ki, Zahir aparıb. Zahir əvvəl də məndən televizoru istəmişdi, verməmişdim. Çünki özünün də televizoru yox idi. Biz ikimiz də futbol azarkeşi idik, bir yerdə baxırdıq. Həmin gün də "Barselona”nın oyunu var idi, futbola baxacaqdım. Gəlib gördüm televizor yoxdu, əsəbiləşdim. Öyrəndim ki, o, televizoru başqasına satıb. Mən də bıçaq götürüb məhəlləyə düşdüm. Feyruzla dayanmışdı, söhbət etdik, söyüş söydü, mən də vurdum. Amma neçə bıçaq vurduğumu bilmədim. Zahir televizoru satdığını etiraf etmədi. Öldürmək fikrim yox idi, qorxutmaq üçün bıçaq götürmüşdüm”.

Şahid Sunamhacı Hacıağayeva deyib ki, Z.Hacıağayev onun qaynı olub: "Zahirin bir qardaşı var, o da cəza evindədir. Hadisəni mən sonradan bilmişəm. Zahir atası ilə yaşayırdı, hadisədən öncə atası təzə rəhmətə getmişdi. Onun narkotik çəkdiyini bilirdik. İndi şikayətçi deyiləm, bu, onların öz aralarında olan məsələdir".

Prosesdə Sadiq Nəhmətovun vəkili müdafiə çıxışı edib. Vəkil S.Nəhmətovun əməlindən peşman olmasını, gənc olmasını, azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən S.Nəhmətov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Belə ki, Əmircan qəsəbəsində 1965-ci il təvəllüdlü Zahir Hacıağayevi 1981-ci il təvəllüdlü tanışı S.Nehmətov bıçaqlanaraq öldürülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən S.Nəhmətov tutulub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, qətlə yetirilən Z.Hacıağayev əvvəllər məhkumluq həyatı yaşayıb. Onun tüfeyli həyat sürdüyü bildirilir.

musavat.com

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
14:45 24.09.2025
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
14:41 24.09.2025
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
Tanınmış jurnalist vəzifəyə təyin edildi
14:35 24.09.2025
Tanınmış jurnalist vəzifəyə təyin edildi
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
14:27 24.09.2025
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
14:19 24.09.2025
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
14:10 24.09.2025
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
13:58 24.09.2025
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
13:47 24.09.2025
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
13:45 24.09.2025
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
13:40 24.09.2025
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb
13:39 24.09.2025
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb
Ombudsman Aparatı: Hava Limanında tətbiq edilən yeni qayda qanuna uyğun deyil
13:31 24.09.2025
Ombudsman Aparatı: Hava Limanında tətbiq edilən yeni qayda qanuna uyğun deyil
"Reytinqə görə efirdə müğənnini yerə yıxırlar" - Almaxanım
13:29 24.09.2025
"Reytinqə görə efirdə müğənnini yerə yıxırlar" - Almaxanım
"Qız anası olmaq istəyirəm" - Nəfəs
13:01 24.09.2025
"Qız anası olmaq istəyirəm" - Nəfəs
Peyğəmbəri təhqir edən türkiyəli aparıcı və qonağı həbs edildi - VİDEO
12:57 24.09.2025
Peyğəmbəri təhqir edən türkiyəli aparıcı və qonağı həbs edildi - VİDEO
İlhamə Elşadqızına hökm oxundu
12:56 24.09.2025
İlhamə Elşadqızına hökm oxundu