Bakıda ana və oğlunu bıçaqladılar

Bakıda ana və oğlunu bıçaqladılar
SOSİAL
14:38 11.04.2016
2191
DİN məlumat yaydı.
Bakıda qadını və oğlunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
AZXEBER.COM-un DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 9-da Sabunçu rayonunun Pirşağı qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş İsmixan Novruzov münaqişə zəminində həmyerlisi Zinyət Nəcəfovaya və oğlanları Nəcəfə bıçaqla xəsarət yetirib, Nicatı döyüb. Qadın xəstəxanaya yerləşdirilib.
Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Novruzov tutulub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR