Bakıda avtobus gəzməyə gedən 2 uşağı vurdu

SOSİAL
12:16 01.06.2019
8324
"Uşaqların Beynəlxalq Müdafiəsi Günü"ndə Bakıda avtobus 2 uşağı vurub.
 
 AZXEBER.COM xəbər verir ki, Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya daxil olan məlumata görə, hadisə Mehdiabad qəsəbəsində baş verib.

Belə ki, 108 nömrəli marşrut avtobusu yolu keçmək istəyən 8 yaşlı bir qız, bir oğlanı vurub.
Uşaqlar xəstəxanaya aparılıb, vəziyyətləri orta-ağırdır.

Qeyd edək ki, hadisə uşaqlar müəllimləri ilə birlikdə piknik etməyə gedərkən baş verib.

OXŞAR XƏBƏRLƏR