Bakıda avtomobil mağazaya çırpılıb, satıcılar ağır xəsarət alıb - FOTO

HADİSƏ
22:41 18.01.2025
431
Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrahimli küçələrinin kəsişməsində baş verib.

Belə ki, "Mercedes” markalı avtomobilin sürücüsü Lətif Hüseynov idarə etdiyi avtomobillə kəsişmədə olan taksiyə çırpılıb.

Daha sonra L. Hüseynova məxsus avtomobil telefon mağazına çırpılıb.

Mağazada olan iki satıcı sınıq xəsarətləri alıb. Avtomobildə olan sürücü və sərnişin də ağır xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

OXŞAR XƏBƏRLƏR