Bakıda avtomobil oğruları saxlanılıblar

Bakıda avtomobil oğruları saxlanılıblar
KRİMİNAL
11:41 22.11.2013
2231

Bakı sakininin avtomaşınını qaçırmış şəxslər saxlanılıblar.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 21-nə keçən gecə Sabunçu qəsəbəsi Ə.Cavad küçəsində Bakı şəhər sakini Müsəllim Məmmədova məxsus "VAZ-21011" markalı avtomobil qaçırılıb.

Sabunçu RPİ 15-ci PB və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Masallı rayon sakinləri - Elnur Səfərov və Elçin Səfərov avtomobillə birlıkdə Zabrat - Maştağa şossesində tutulublar.

OXŞAR XƏBƏRLƏR