Bakıda beynəlxalq protokol standartları üzrə ilk peşəkar təlim keçiriləcək

Bakıda beynəlxalq protokol standartları üzrə ilk peşəkar təlim keçiriləcək
İQTİSADİYYAT
17:49 07.01.2026
735
Marsol Academy-nin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq beynəlxalq protokol standartları əsasında "Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik” mövzusunda peşəkar təlim təşkil olunacaq.
 
AZXEBER.COM xəbər verir ki, 17–18 yanvar 2026-cı il tarixlərində baş tutacaq iki günlük intensiv təlim rəsmi görüşlərdə, tədbirlərdə və beynəlxalq mühitdə düzgün davranış, etik ünsiyyət və peşəkar təmsilçilik bacarıqlarının formalaşdırılmasını hədəfləyir.

Təlimin əsas məqsədi korporativ mühitdə davranış mədəniyyətinin, rəsmi ünsiyyət qaydalarının və protokol normalarının iştirakçılara dünya təcrübəsi əsasında aşılanmasıdır. Təlim çərçivəsində iştirakçılara ilk təəssüratın yaradılması, ast–üst münasibətlərində balanslı ünsiyyət, yerli və beynəlxalq etik normalar, eləcə də rəsmi və tədbir mühitlərində peşəkar duruşla bağlı bilik və bacarıqlar təqdim olunacaq.

Təlim Türkiyə Prezident Administrasiyasında 6 illik protokol təcrübəsi olan, 40-dan çox ölkədə rəsmi protokol vəzifələrində çalışmış, 100-dən artıq beynəlxalq səfərdə iştirak etmiş və 75 vilayətdə dövlət səviyyəli tədbirlərin təşkilində birbaşa rol almış mütəxəssis İhsan Ataöv tərəfindən aparılacaq.
Proqram çərçivəsində imic və davranış mədəniyyəti, rəsmi müraciət formaları, bədən dili və qeyri-verbal ünsiyyət, qonaqların qarşılanması və yola salınması, oturma planları və öncəlik qaydaları, vizit kartı təqdimatı, beynəlxalq süfrə etikası, hədiyyələşmə mədəniyyəti, rəsmi yazışma qaydaları, eləcə də rəhbər otağı və rəsmi avtomobil protokolu kimi mövzular əhatə olunacaq.

Təlim rəhbərlər, menecerlər, dövlət və özəl sektor əməkdaşları, PR və kommunikasiya mütəxəssisləri, protokol və tədbir koordinatorları, həmçinin korporativ mühitdə çalışan şəxslər üçün nəzərdə tutulub. Təlimin sonunda iştirakçılara sertifikat təqdim ediləcək.

Tədbir 17–18 yanvar 2026-cı il tarixlərində saat 09:00-dan 17:00-dək Radisson Hotel Baku-nun "Dan Ulduzu” zalında keçiriləcək. Əlavə məlumat üçün +994 50 228 64 32 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
OXŞAR XƏBƏRLƏR