Pirallahı rayonunda döyülmə hadisəsi baş verib.
AZXEBER.COM oxu.az-a istinadla xəbər verir ki, hadisə Cənub küçəsində qeydə alınıb. 16 yaşlı Mirzəyeva Fidan Əbilfəz qızı yaşadığı evdə əmisi ilə mübahisə edib.
Nəticədə döyülən F.Mirzəyeva kömək istəmək məqsədilə özünü yaşadığı evin 1-ci mərtəbəsindən atıb.
Ağır xəsarət alan yeniyetmənin ayağı sınıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.