Bakıda ər həyat yoldaşını bıçaqlayıb.
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 1979-cu il təvəllüdlü Azər Məmmədov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Alimə Məmmədovanı bıçaqlayıb.
A. Məmmədova xəsarətlərlə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Hadisəni törədən A. Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.(apa)