Bakıda evdən 4 min manat oğurlandı

KRİMİNAL
12:32 22.02.2025
467
Bakıda kirayə qaldığı evdən 4 min manat oğurlayan şəxsi polis saxlayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, həmin evdə kirayəşin kimi yaşayan 33 yaşlı O.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, rayon ərazisində yerləşən şərab evlərinin birindən 3981 manat pul vəsaitini oğurlamaqda şübhəli bilinən İ.Bakirov, N.Yusifov və R.Əmiraslanov saxlanılıb.

Araşdırmalar aparılır.
 
///apa
OXŞAR XƏBƏRLƏR