Bakıda faciə: Tibb bacısı dəm qazından boğulub öldü

SOSİAL
11:10 22.04.2020
2120
Bakıda tibb bacısı dəm qazından boğularaq vəfat edib.

Hadisə paytaxtın Nəsimi rayonu, Moskva prospekti, 62, mənzil 19-da qeydə alınıb.

Həmin ünvanda yaşayan, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb bacısı işləyən 63 yaşlı Şəhla Həsənova dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
///APA

OXŞAR XƏBƏRLƏR