Bakıda hava limanında şok cinayət - TƏFƏRRÜAT

KRİMİNAL
11:12 30.01.2014
10340

Hava limanının inzibati binasında 47 yaşlı kişi hücuma məruz qalıb

Bakının Səbail rayonu ərazisində, Heydər Əliyev Beynəlxalq Hava Limanında 47 yaşlı kişi döyülüb.

Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsindən verilən məlumata görə, 1967-ci il təvəllüdlü Daşqın Əli oğlu Muradov bölməyə döyülməyi barə məlumat verib. O, şikayətində bildirib ki, hava limanının inzibati binasında tanımadığı 3 nəfər onu döyüb. Üstəlik həmin şəxslər ondan 2300 ABŞ dolları və 2500 manat pul alıb. Şikayət əsasında polis axtarış tədbirləri həyata keçirib. Hadisəni törtməkdə şübhəli bilinən bir nəfər saxlanılıb. Hazırda digər şəxslərin axtarışları davam edir. Faktla bağlı araşdırma aparılır. (anspress)

OXŞAR XƏBƏRLƏR