Bakıda iki dost qız üstündə düşmən oldu

KRİMİNAL
17:45 07.02.2014
2259
Bakı şəhərində illərin dostunu bir qız düşmən etdi. 
Suraxanı qəsəbəsində bir məhəllədə böyüyən həmyaşıdların qonşu qıza olan məhəbbəti onlardan birini zindana, digərini cərrah bıçağı altına salıb. Suraxanı qəsəbə sakini olan 19 yaşlı Fariz Babaşovun dünən bir məhəllədə yaşadığı həmyaşıdı Həmid Məmmədovla qız üstündə mübahisəsi olub. Qonşu qızı hər iki gənc sevib və bunun üstündə də mübahisə yaranıb. Fariz bıçaqla Həmidə 3 zərbə vuraraq qaçıb.Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşları Fariz Babaşovu nəzarətə götürüblər.Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, faktla bağlı cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR