Bakıda iranlı qızların başına iş gəldi: Yaralılar var

Bakıda iranlı qızların başına iş gəldi: Yaralılar var
SOSİAL
10:29 28.03.2017
19914
Bu gecə Bakıda London taksisi qəzaya düşüb.
 
Saat 04 radələrində 1975-ci il təvəllüdlü Əliyev Vüqar Əliabbas oğlunun idarə etdiyi "London TX 4” markalı 10-TH-739 nömrə nişanlı taksi Puşkin küçəsində yol kənarındakı beton lövhəyə çırpılıb.
 
Nəticədə avtomobildə olan sərnişinlər - İran vətəndaşları 1986-cı il təvəllüdlü Kərimi Fatimə Davud qızı və 1989-cu ildə anadan olmuş Şeyxəlizadə Murtuza Mahmud qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Kliniki Tibbi Mərkəzə aparılıb.
 
Bildirilir ki, taksidə qəzaya düşən iranlı qızlar martın 19-da Bakıya gəliblər və "Bulvar” oteldə qalırlar.
 
Faktla bağlı araşdırma aparılır.
 
/// Lent.az
OXŞAR XƏBƏRLƏR