Bakıda kütləvi dava baş verdi - VİDEO

Bakıda kütləvi dava baş verdi - VİDEO
HADİSƏ
17:05 09.09.2021
821
Bakının Nərimanov rayonunda əlbəyaxa dava baş verib.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, hadisə "Nərimanov” metrostansiyası yaxınlığında, dönərxanalardan birinin qarşısında qeydə alınıb. 

Bir qrup şəxs gecə saat 03:00 radələrində əlbəyaxa dava edərək asayişi pozublar. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, yayılan görüntülərdə əks olunan mübahisənin təfərrüatları ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR