Bakıda maşınla adam vuran şəxs barəsində cinayət işi başlanıldı

Bakıda maşınla adam vuran şəxs barəsində cinayət işi başlanıldı
HADİSƏ
09:36 27.05.2025
283
Bakının Xətai rayonunda yayılan görüntülərlə bağlı cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli AZXEBER.COM-a bildirib ki, hadisə mayın 20-də qeydə alınıb. İnsident zamanı Rauf Şamxalov idarə etdiyi "Hyundai” markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR