Bakıda maskalıların hücum etdiyi şəxs bazarın sahibi imiş - MÜƏMMALI FAKTLAR

Bakıda maskalıların hücum etdiyi şəxs bazarın sahibi imiş - MÜƏMMALI FAKTLAR
SOSİAL
09:41 01.05.2020
1494
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları 28 aprel saat 20:00 radələrində Bakıxanov qəsəbəsində iş adamına hücum etməkdə şübhəli bilinən şəxslərin izinə düşərək, onların şəxsiyyətini müəyyənləşdiriblər.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

Xatırladaq ki, cinayət hadisəsi Yavər Əliyev küçəsində törədilib. İlkin olaraq bildirilirdi ki, qara maskalı iki naməlum şəxs  "Renault” markalı avtomobilini evinin qarşısında park etməyə çalışan Cəfər Səfərova (1972-ci il təvəllüdlü) hücum edib. Cinayətkarlar iş adamının avtomobilinə əyləşərək, onun sol ayağını bıçaqla yaralayıb və üzərində gəzdirdiyi pulları onlara verməsini tələb ediblər. C.Səfərovun üzərində olan 10 min ABŞ dolları məbləğində (17 min manat) pulu ələ keçirən şəxslər dərhal hadisə yerini tərk ediblər.

Lakin hadisənin araşdırılması zamanı maraqlı faktlar ortaya çıxıb.

Ondan başlayaq ki, soyğuna məruz qalan şəxs "8-ci kilometr bazarı”nın sahibi Səfərov Cəfər Qüdrət oğlu olub.

Mənbədən əldə edilən məlumata görə, hadisənin soyğunçuluq faktı olması şübhə altındadır.

Məlum olub ki, hücuma məruz qalan vaxt C.Səfərovun üzərində şikayət ərizəsində qeyd etdiyi kimi 10 min dollar yox (17 min manat), 47 min manat olub. Əgər bu, soyğunçuluq olsaydı, cinayətkarlar bütün pulları ələ keçirərdilər.

Əldə edilən məlumata görə, maskalı şəxslər C.Səfərovu izləmək üçün təyin olunublar. Eyni zamanda, C.Səfərovu izləmək haqda göstəriş verən şəxs və onun məqsədi də məlumdur, lakin informasiya hələ tam təsdiqini tapmadığından, bu haqda məlumat vermək tez olardı.

"Məsələ qaranlıqdır, lakin biz ona aydınlıq gətirəcəyik”, - deyə polisdən bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları istisna etmir ki, hadisə C.Səfərovun iş fəaliyyəti ilə əlaqədardır.

Qeyd edək ki, C.Səfərovun üç qardaşı var: Səfər, Süleyman və Qəhrəman. 2000-ci ildə Səfərov qardaşları "8-ci kilometr bazarı”nın sahibi olublar.

Əvvəl onlara məxsus "ООО Maral-Veqa” şirkəti Çingiz Əsədovun obyektinin yarısını, 2002-ci ildə isə qalan 50 faizini əldə edib. Bazar C.Səfərovun adına rəsmiləşdirilib. Lakin 2005-ci ildə bazar ələ keçirilib. Obyekt ləğv edilmiş milli təhlükəsizlik nazirliyində müavin vəzifəsində işləmiş Hilal Əsədovun və eyni nazirliyin Enerji və Nəqliyyat Baş İdarəsinin keçmiş rəisi işləmiş Akif Çovdarovun əlinə keçib. Akif Çovdarov 6 aprel 2020-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə əfv edilib.

A.Çovdarov bir sıra ağır cinayətlər törətdiyinə görə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ələ keçirilən bazar səhmlərinin yarısı H.Əsədovun həyat yoldaşı Nüşab Əsədovanın adına, digər 50 faizi isə A.Çovdarovun qızı Aida Qasımovanın adına rəsmiləşdirilib.

Yerli kütləvi informasiya vasitələrində dəfələrlə 16 dekabr 2005-ci ildə "OOO Maral-Veqa” şirkətinin ofisinə daxil olan xüsusi xidmət orqanlarının C.Səfərovun qardaşı Qəhrəman Səfərovu, bazarın baş mühasibi Akif Əzimovu və direktor Əyyub Novruzovu saxlayaraq, ləğv edilmiş milli təhlükəsizlik nazirliyinin istintaq təcridxanasına aparılması haqda xəbərlər dərc olunub.

Bu vasitə ilə C.Səfərova təzyiq göstərilib. Sahibkar mülkiyyətindən imtina etmək məcburiyyətində qalıb.

Uzun illərdir ki, Səfərovlar hüquqlarının bərpa olunması üçün bütün məhkəmə instansiyalarına müraciət ediblər. Əldə olunan məlumata görə, A.Çovdarovun məhkum ediləndən sonra C.Səfərov bazarın bir hissəsini geri qaytara bilib. Lakin bu günlərdə məlum olub ki, əfv olunan sabiq məmur "lənətlənmiş” bu obyekt üzərində itirdiyi nəzarəti yenidən bərpa etmək niyyətindədir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:45 11.07.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR