Bakıda mənzil yandı - Evdən cəsəd tapıldı

Bakıda mənzil yandı - Evdən cəsəd tapıldı
SOSİAL
15:42 07.02.2017
776

Bakıda mənzil yanıb, ev sahibəsinin cəsədi tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 6 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1940-cı il təvəllüdlü Quliyeva Tofiqə Lələkişi qızının cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR