Bakıda "Poker" təşkil edən çay evi aşkarlandı, həbslər var

Bakıda "Poker" təşkil edən çay evi aşkarlandı, həbslər var
SOSİAL
12:44 20.01.2017
1088

 

Bakıda qumar oyunları təşkil olunan çay evi aşkarlanıb.

AZXEBER.COM-uın DİN-in saytına istinadən məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Kamil Mürsəliyevin və Samir Vəliyevin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində icarə əsasında işlətdikləri çay evində "poker” kart-qumar oyunları təşkil etmələri müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri ilə ora baxış zamanı "poker” oyun kartları və pul vəsaitləri maddi sübut kimi aşkar edilərək götürülüb, K.Mürsəliyev və S.Vəliyev saxlanılıblar. 

OXŞAR XƏBƏRLƏR