Bakıda poliklinikada meyit aşkarlanıb. AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, paytaxtın Nizami rayonu Naxçıvanski küçəsindəki 26 nömrəli Poliklinikanın həyətində üzərində zorakılıq əlamətləri görünməyən 65-70 yaşlı kişi meyiti tapılıb. Faktla bağlı araşdırma aparılır.