Paytaxtda qonşuların davası qanla bitdi.
AZXEBER.COM xəbər verir ki, bu barədə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən məlumat verilib.Bölmədən bildirilib ki, gecə saatlarında Biləcəri qəsəbəsində qonşu olan iki qadın mübahisə ediblər.Səbəbi hələlik məlum olmayan mübahisə daha sonra böyüyüb və qonşular dava ediblər. Nəticədə 38 yaşlı Nargilə Yusifova mübahisə etdiyi qadın tərəfindən möhkəm döyülüb. Qəzəbi soyumayan qonşu qadın Nargilə Yusifovanın barmağını da kəsib.Ağır xəsarətlər alan N.Yusifova xəstəxanaya yerləşdirilib.Hazırda hadisə ilə bağlı araşdırma aparılır.