Bakıda qətl hadisəsi törədilib.
Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.
Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Rövşən Atəm oğlu Abdullayev aralarında yaranmış münaqişə zəminində 1974-cü il təvəllüdlü Bəxtiyar Əliabbas oğlu Quliyevi bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.(APA)