Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, noyabrın 25-i saat 20 radələrində Qusar rayon sakini Vadik Kərimov 46 saylı xətt avtobusunda qadının çantasından oğurluğa cəhd edərkən Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 35-ci Polis Bölməsi əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub. Araşdırmalar zamanı onun noyabrın 18-də 95 saylı xətt avtobusunda daha bir vətəndaşın cibindən mobil telefon oğurladığı məlum olub.(APA)