Bakıda sevgilisini bıçaqlayan şəxs belə qaçdı - VİDEO

SOSİAL
13:04 30.08.2022
1140
Xəbər verdiyimiz kimi Bakıda dəhşətli hadisə baş verib.
 
AZXEBER.COM xəbər verir ki, hadisə bu gün səhər Yasamal rayonu ərazisində qeydə alınıb.
 
Hadisə şahidlərinin AZXEBER.COM-a bildirdiyinə görə, gənc qız naməlum şəxs tərəfindən bıçaqlanıb və boğazı kəsilib. Hadisəni törədənlərin ağ avtomobildə olduğu və hadisəni törətdikdən sonra əks yola çıxaraq hadisə yerini tərk etdiyi bildirilir.
 
DİN-in mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və araşdırma aparılır.
 
Yayılan məlumata görə gənc qızı bıçaqlayan sevgilisi olub. 
 
Həmin şəxsin hadisə yerindən uzaqlaşması lentə alınıb. Həmin kadrları təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR