Bakıda şok əməliyyat: 1 yaşlı Yusifi qıza çevirdilər

Bakıda şok əməliyyat: 1 yaşlı Yusifi qıza çevirdilər
SAĞLAMLIQ
15:20 10.11.2017
8867

Elmi-Tədqiqat Pediatriya İnstitutunda unikal əməliyyat baş tutub.

AZXEBER.COM Medicina.az-a istinadən xəbər verir ki, 2 il əvvəl Məmmədovlar (şərti – red.) ailəsində doğulan uşağın oğlan və ya qız olduğunu doğum evində təyin edə bilməyiblər. Oğlana məxsus cinsiyyət orqanına oxşayan orqana sahib körpənin əvvəlcə kişi cinsinə məxsus olduğu düşünülüb. Lakin daxili orqanlarının qadına məxsus olduğu müəyyən edildikdən sonra uşaq uzun müddət hormonal müalicə alıb. Ailə körpəni oğlan uşağı kimi təqdim edib, hətta adını da Yusif qoyub.

Lakin 1 yaşına çatanda yenidən müayinə olunan Yusifin əməliyyatla qadın edilməsinə qərar verilib. 

Beləliklə, Yusif Elmi-Tədqiqat Pediatriya institutunda əməliyyata alınıb. Uşaq cərrahı Gündüz Ağayevin keçirdiyi əməliyyat uğurla başa çatıb və körpə həqiqi cinsiyyət orqanına qovuşub.

Həkimin sözlərinə görə, doğulanda körpədə uşaqlıq yolu bağlı olub, hormonal pozğunluq nəticəsində klitor çox böyüdüyündən cinsi orqan kişi cinsiyyət üzvünə bənzəyib.

"Amma uşaq əməliyyatdan öncə endokrinoloqun da müalicəsini alıb. Çünki hormonal balans qaydaya salınmalıdır. Bu körpədə uşaqlıq, yumurtalıqlar, xarici cinsiyyət üzvü də qadına məxsus idi. Sadəcə, hormonal pozğunluq var idi. Xaricən də əməliyyat edib qüsuru düzəltdik, uşaqlıq yolu açıldı”, - deyə cərrah bildirib.

G. Ağayev vurğulayıb ki, belə patologiya ilə doğulmuş uşaqlarda 1 yaşına kimi əməliyyat vacibdir: "Çünki uşaq böyüdükcə, olduğu vəziyyətə öyrəşir, oğlan kimi böyüdülürsə, onu birdən-birə qız olduğuna alışdırmaq psixoloji baxımdan çətin olur. Əgər 13-17 yaşında belə əməliyyat olarsa, uşaq dözməyib özünə qəsd də edə bilər”.
 
Əməliyyatdan sonra valideynlər "oğlanlarının” qız olmasına heyfslənməyiblər, əksinə, seviniblər və uşağın adını dəyişib Mələk ediblər. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım