Bakıda təcridxanada saxlanılan şəxsin çantasından mobil telefon çıxıb

Bakıda təcridxanada saxlanılan şəxsin çantasından mobil telefon çıxıb
KRİMİNAL
17:18 04.12.2013
1863

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında qadağan edilmiş əşya aşkar olunub.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İstintaq təcridxanasında saxlanılan Sirac Almaz oğlu Məmmədovun kamerasına və üzərinə baxış keçirilib. Baxış zamanı ona məxsus çantanın içərisindən daxilində "Nar" danışıq kartı olan bir ədəd "Kenxinda M3" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Sirac Məmmədov Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR