Bakının Buzovna qəsəbəsində yerləşən "Zagulba Mall” ticarət mərkəzində yanğın baş verib.
AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, binada olan insanlar təxliyyə olunub. Hazırda açıq alov olmasa da, tüstülənmə davam edir.
Hadisə yerində yanğınsöndürmə briqadası işləyir.
***
"Report"un məlumatına görə, yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 3-ü qadın, 1-i kişidir. Xəsarət alan qadınlardan biri qıcolma əlaməti ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.
Yanğın zamanı zərər çəkmiş bir neçə nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.