Bakıda torpaq sürətlə bahalaşır- VİDEO

Bakıda torpaq sürətlə bahalaşır-  VİDEO
İQTİSADİYYAT
10:23 10.06.2014
1980

“Sovetski”nin sökülməsi xəbərindən sonra hökumətin xəbərdarlıqlarına baxmayaraq, daşınmaz əmlak bazarında qiymət artımının qarşısını almaq mümkün olmayıb.

AZXEBER.COM anspress-ə istinadən xəbər verir ki, paytaxt və ətraf yaşayış məntəqələrində torpağın qiyməti son 5 ildə ən yüksək həddə çatıb.

“Sovetski” sakini Bəylər Cəfərov ömrünün 65 ilini paytaxtın mərkəzində “Sovetski” adlanan ərazidə yaşayıb. Bu ərazilər söküldüyündən yeni evini Bakı ətrafı ərazidə torpaq sahəsi alaraq tikmək fikrindədir. Müsahibim kimi düşünənlərin çoxalması, torpaq alanların da sayını artırıb. İnsanlar torpaq almağı, həm də gələcəkdə övladlarının yerbəyer olmasını əlverişli hesab edirlər.

Makler Əbil Canbaxşıyevin sözlərinə görə, bu gün alıçılar daha ucuz qiymətə torpaq almaq istəyirlər, amma qiymətlər isə durmadan artır.

Ən çox qiymət artımı Abşeron, Sabunçu və Qaradağ rayonlarında müşahidə olunur. Ən passiv rayon isə Səbail rayonudur.

Bu ilin 4 ayı ərzində Bakının daşınmaz əmlak bazarında qiymətlər 20 faizədək artıb. Hazırda ən ucuz torpağın bir sotu 2500 AZN-ə, mərkəzdə isə bir sotu 500 min AZN-dir.

Torpağın bahalaşması təklifin azalması, tələbatın isə kəskin artması ilə izah olunur. Qiymətlərin daha da artacağı proqnozlaşdırılır.

Ekspert Nüsrət İbrahimov isə qeyd edir ki, bu ilin sonuna kimi qiymətlərin daha 10 faiz artacağı gözlənilir.

Bazarda təklif olunan torpağın bir sotunun orta qiyməti müxtəlif zonalar üzrə dəyişir. Məsələn mərkəz hesab olunan birinci zonada qiymətlər hər sot üçün 280 min AZN, ikinci zonada 150 min AZN, üçüncü zonada 32 min AZN, şəhərin ətrafı sayılan, dördüncü zonada isə 4800 min AZN-dən artıq olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"