Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - Bu əlamətlər varsa...

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - Bu əlamətlər varsa...
SAĞLAMLIQ
12:24 29.11.2017
1959

Payız-qış fəsli yaxınlaşan kimi adətən bağçaya gedən uşaqlar və azyaşlı məktəblilər arasında qrip virusu yayılmağa başlayır.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, virusun əlamətləri başladığı anlardan etibarən valideynlər narahat olmağa başlayırlar. Elə bu günlərdə də bağça uşaqları arasında koksaki adlanan yeni virus yayılması barədə xəbərlər yayılmağa başlayıb. Valideynlər bildirir ki, uşaqlar bu xəstəliyə eyni simptomla yoluxur.  Xəstəlik əvvəlcə qızdırma,  halsızlıqla başlayır. Sonra isə səpkilərə çevrilir. Səpkilər ovucda, ağız ətrafında, dizdə yaranır. 

Uzman doktor Altay Abdullaoğlu da xəstəlik  barədə sosial şəbəkədə yazıb. O bildirib ki, koksaki virusları, əsasən, uşaqlarda olsa da, bəzən böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır: "Xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir. Səpkilər, əsasən, ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır. Səpkilərinə görə su çiçəyinə bənzəyən  bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. Körpələrdə səpkilər yarandıqda valideynlər narahat olduqları üçün çox sayda dərman vasitələrindən istifadə edirlər. Amma hər  zaman qeyd etdiyim kimi bu virus infeksiyaların köklü müalicəsi yoxdur. Virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Bu xəstəlik adətən öz-özünə heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər. Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Halsızdırsa dincəlməlidir. Ən mühüm məsələ olaraq çoxlu maye qəbul edilməlidir".

Respublikanın baş pediatrı Nəsib Quliyev valideynlərin narahatlığına aydınlıq gətirib. O da bildirib ki, koksaki virusları yuxarı tənəffüs yollarının virus infeksiyasıdır: "Koksaki Amerikanın şəhəridir. Vaxtilə bu xəstəlik orada göründüyünə görə həmin şəhərin adı ilə adlanır. Bu qripə bənzər bir xəstəlikdir.  Dünyanın hər yerində də buna rast gəlinir. Bizdə böyüklər adətən xaricə gedir və oradan bu xəstəliyə yoluxub gəlirlər. İndi də bu xəsətliyin epidemiyası və heç bir problemi yoxdur. Bir qədər da şayiə buraxırlar ki, bu xəstəlik çoxalıb. Elə xəstələr olanda Elmi-Tədqiqat Pediatriya İnstitutuna gəlirlər. İndi belə xəstələr yoxdur. Xəstəliyin hansı virus olduğunu müəyyən etmək üçün laboratoriyadan müayinədən keçilməlidir. Əgər valideynlər belə əlamət görürsə, deyə bilməz ki, bu koksaki virusudur. 
Valideyn bunu necə deyə bilər? Axı o uşaq nə vaxt virusoloji müayinədən keçdi? Bu sadə üsullarla yox, referens laboratoriyalar vasitəsilə müəyyən edilir. Biz analizləri Səhiyyə Nazirliyinə göndəririk. Orada referens laboratoriyalarda analizlər yoxlanılır.  

 

Yayda o xəstəlik görünüb. İndi isə belə bir şey yoxdur. Olsa, mən niyə gizlətməliyəm? Çıxıb televiziyada çıxış edərəm ki, ölkədə belə bir virus yayılıb".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım