Bakıda xərçəng xəstəliyindən əziyyət çəkən 6 yaşlı qız vəfat etdi - FOTO

SAĞLAMLIQ
17:20 08.02.2019
6157
Bakıda altı yaşlı Şəms neyroblastoma xəstəliyindən (sinir toxumalarının xərçəngi) dünyasını dəyişib.

Sosial şəbəkələrdə balaca Şəms üçün çoxsaylı xeyriyyə kampaniyaları keçirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Xərçəng xəstəliyinin dördüncü mərhələsində həyatda qalmaq üçün mübarizə aparan Şəms bu gün dünyasını dəyişib.

Xatırladaq ki, Şəmsin müalicəsinə yardım etmək üçün avqustun 5-də velomarafon keçirilmişdi. Bu marafon "Port Baku Towers”dan başlayıb, "Boulevard Hotel Baku”da bitib. Həmin tədbirdə 825 manat vəsait toplanmışdı. Keçirilən aksiyalardan Şəmsin müalicəsi üçün təxminən 21950 manat və 150 dollar həcmində vəsait əldə olunmuşdu. Lakin balaca Şəmsin əziyyət çəkdiyi xəstəliyin müalicəsi üçün ABŞ-da təxminən 700-800 min dollar dəyərində vəsait gərəkli idi.

Qeyd edək ki, "Facebook”da Şəmsin müalicəsinə yardım məqsədilə "Как спасти солнце” adlı "event” yaradılmışdı.

Allah rəhmət eləsin!
 
///Oxu.Az
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR