Paytaxt polis uğurlu əməliyyat keçirib. Sabunçu rayon polisi Bakıda iri həcmdə heroin ticarəti ilə məşğul olan şəxsi saxlayıb.
Azxeber.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Sabunçu rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlum olduğu kimi, martın 5-də Balaxanı qəsəbəsində İkinci Mədən küçəsi ərazisindəki kirayə evdə 1982-ci il təvəllüdlü Zeynalov Seymur Teymur oğlu ələ keçirilib. Polislər Zeynalovun çantasından 16, 415 qr heroin, 246 manat, 4 min ABŞ dolları, 2,2 min avro, 30 qapı açarı və 7 müxtəlif medal aşkarlayaraq götürüblər. Bundan əlavə əməliyyatçılar Zeynalovun kirayələdiyi evdə 2,25 qr heroin də aşkarlayıblar.
İlkin araşdırma zamanı məlum olub ki, Zeynalov mənzillərin qarət edilməsi ilə də məşğul olur. Bunu axtarış zamanı tapılan çoxsaylı açarlar da sübut edir. İstintaq orqanları saxlanılan şəxsin Bakıxanov qəsəbəsi ərazisindəki 7 mənzilin qarət edilməsində iştirakını müəyyən edib.