Bakıda yaşayış binasında partlayış: Qadın ağır yaralandı - VİDEO

Bakıda yaşayış binasında partlayış: Qadın ağır yaralandı - VİDEO
SOSİAL
00:02 06.07.2022
732
Bakının Nəsimi rayonunda mənzildə qaz sızmasından partlayış zamanı ev sakini ağır xəsarət alıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Seyidzadə 26 ünvanında qeydə alınıb.
 
Aynurə Qaralova elektrik lampasını yandıran zaman evdə partlayış baş verib. Əraziyə FHN-nin əməkdaşları və 2 təcili yardım briqadası cəlb olunub. Həkimlər bildiriblər ki, A.Qaralovanın vəziyyəti ağırdır.

Ərazidə ekspertiza işləri aparılır.
 

OXŞAR XƏBƏRLƏR