Bakıda yolları təmizləyən qadınlar belə sevindirildi - Video

Bakıda yolları təmizləyən qadınlar belə sevindirildi - Video
SOSİAL
14:21 08.03.2018
2912

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Bakı Nəqliyyat Agentliyi (BNA) aksiya keçirib. 

Bu barədə  BNA-nın sektor müdiri Mais Ağayev məlumat verib.

Aksiya çərçivəsində Agentliyin əməkdaşları kommunal xidmət sahəsində çalışan xanımları təbrik edib. Paytaxt yollarında təmizlik işləri ilə məşğul olan xanımlara gül və ərzaq dükanından alış-veriş etmək üçün hədiyyə kartı verilib.


OXŞAR XƏBƏRLƏR