Bakıdakı dəhşətli qəzadan görüntüləri - VİDEO

SOSİAL
15:28 05.05.2019
9649
Dünən gecə Bakının Səbail rayonunda piyada yol-nəqliyyat hadisəsi zamanı ölüb.

AZXEBER.COM news24.az-a istinadən xəbər verir ki, Bayraq Meydanının qarşısındakı yolda Məmmədov Cəmil Məlik oğlu yeraltı piyada keçidindən istifadə etməyərək yolun üstü ilə əks tərəfə keçmək istəyib. Bu zaman onu Gürcüstanda qeydiyyatda olan "Chevrolet" markalı avtomobil vuraraq "Hyundai" markalı digər maşının altına atıb. Piyada hadisə yerindəcə keçinib.

Havanın yağışlı olması hadisə vaxtı piyadanın görünməsini çətinləşdirib və o, dəhşətli qəzanın qurbanı olub. Hadisə yerindən çəkilmiş videonu təqdim edirik.
 

OXŞAR XƏBƏRLƏR