Bakının bu rayonlarında su olmayacaq – XƏBƏRDARLIQ

Bakının bu rayonlarında su olmayacaq – XƏBƏRDARLIQ
SOSİAL
10:09 10.03.2017
3329

 

Bakı şəhəri Səbail rayonu Nizami küçəsindən keçən 250 mm diametrli magistral su kəmərində qəza baş verib. 

Bu barədə AZXEBER.COM-a "Azərsu” ASC-dən bildirilib. 

"Baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 10 mart 2017-ci il tarixdə gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının  bir hissəsinə - Nizami, İ.Səfərli, R.Rza, Mərdanov qardaşları, Y.Məmmədəliyev, T.Əliyarbəyov, H.Z.Tağıyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə qurumdan qeyd edilib.

Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

OXŞAR XƏBƏRLƏR