Paytaxtın küçə və prospektlərində Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının çəkilişi davam edir.
BNA-dan AZXEBER.COM-a bildirilib ki, növbəti belə zolaq yeni təmirdən çıxan Yusif Səfərov küçəsində çəkilib. Artıq xüsusi hərəkət zolağının tələbinə uyğun yol boyu müvafiq nişanlanma işləri də aparılıb.


