Bakıda intihar etmək istəyən şəxs xilas olunub.
AZXEBER.COM BAKU.TV-yə istinadən xəbər verir ki, Həsən Əliyev küçəsilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində yerləşən beşmərtəbəli binanın damına çıxan bir nəfər intihar etmək istəyib.
Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Hadisə yerinə BAKU.TV-nin əməkdaşları da gedib. Jurnalistlər intihar edən şəxsin dərdi ilə maraqlanıblar. Sonda həmin şəxsi intihar etmək fikrindən yayındırıblar.
Ətraflı BAKU.TV-nin süjetində: