Balı belə istifadə etmək olmaz – Ölümə səbəb ola bilər

SAĞLAMLIQ
15:39 02.11.2023
542
Faydalı olsa da, bəzi qidaları səhv qəbul etmək sağlamlığınıza zərər verə bilər. 

Dadı ilə çox məşhur olan və səhər yeməyinin vazkeçilməz hissəsinə çevrilən bal sağlamlığa faydaları ilə tanınır. Balın tərkibindəki antioksidantlar, vitaminlər və minerallar sayəsində immunitet sistemini gücləndirə, yaraların sağalmasını sürətləndirə və öskürəyi rahatlaşdıra bilər. Bununla belə, istehlak miqdarına diqqət yetirmək vacibdir.

AZXEBER.COM xəbər verir ki, araşdırmalara görə, balın həddindən artıq istehlakı yüksək şəkər qəbuluna səbəb ola bilər. Artan şəkər istehlakı tip 2 diabet riskini artıra bilər.

Bundan əlavə, yüksək miqdarda şəkər istehlakı piylənmə və ürək-damar xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Hər şeydə olduğu kimi, balı səhv istehlak etsəniz, bunun pis nəticələri ola bilər.

İşlənməmiş balda botulinum toksini ola bilən bakteriyalar var. Bu toksin xüsusilə körpələrdə qida zəhərlənməsinə səbəb ola bilər. Hətta tənəffüs əzələlərini iflic edərək ölümcül nəticələrə səbəb ola bilər.

Buna görə də bir yaşdan kiçik körpələrə bal verməkdən çəkinmək lazımdır.

Ayşən

OXŞAR XƏBƏRLƏR