“Bank Respublika” ilə AFFA arasında sponsorluq müqaviləsi imzalandı - FOTO

İQTİSADİYYAT
19:24 20.12.2024
441

Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika” və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında Azərbaycan futbolunun davamlı inkişafına dəstək məqsədilə sponsorluq müqaviləsi imzalanıb.

Müqaviləni "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev imzalayıblar.

İmzalanma mərasimində "Bank Respublika”nın rəhbərliyi, AFFA nümayəndələri, futbol ictimaiyyətinin tanınmış simaları və media nümayəndələri iştirak etdilər.

Bu əməkdaşlıq futbolun həm peşəkar, həm də kütləvi inkişafına yönəlib. 4 il müddətinə bağlanmış müqavilə çərçivəsində, "Bank Respublika” yalnız maliyyə dəstəyi göstərməklə kifayətlənməyərək, ölkəmizdə futbolun inkişafı, gənclərin idmana cəlb olunması və sağlam həyat tərzinin təşviqi sahəsində geniş miqyaslı layihələrin həyata keçirilməsini hədəfləyir.

Bu gün Azərbaycan futbolu üçün əlamətdar günlərdən biridir. Bank sektorunun futbolumuzun inkişafına öz töhfəsini verməyə hazır olması sevindirici haldır. Ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə "Bank Respublika”ya dərin təşəkkürümüzü bildiririk. Bu əməkdaşlığın həm milli assosiasiya, həm də bank üçün faydalı olacağına əminik” deyə AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev qeyd edib.

"Bank Respublika” olaraq Azərbaycan futbolunun gələcəyinə inanırıq və bu müqavilə ilə futbolumuzun inkişafına töhfə verməkdən qürur duyuruq. Əminik ki, Milli Komandamız gələn il Dünya Çempionatının seçmə oyunlarında baxımlı oyun nümayiş etdirərək futbol azarkeşlərimizi sevindirəcək. AFFA ilə əməkdaşlıq çərçivəsində futbolun kütləviləşdirilməsi, gənc istedadların üzə çıxarılması və peşəkar futbolun inkişafına dəstək olmaq bizim məqsədlərimizdir”, - deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi web saytındafacebookinstagram, linkedinhttps://www.linkedin.com/company/bankrespublika səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.





OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir