05:47 çərşənbə, 16 Oktyabr 2019
İQTİSADİYYAT

Bank Respublika sahibkarlığa dəstək verən qabaqcıl bank seçildi!

15:22, 15.04.20192378
Bank Respublika sahibkarlığa dəstək verən qabaqcıl bank seçildi!
Aprelin 12-də Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən, mikromaliyyə sektorunda fəaliyyət göstərən qabaqcıl təşkilatların mükafatlandırılması məqsədilə "12-ci İllik Təltif Şam Ziyafəti” keçirilmişdir.

AZXEBER.COM xəbər verir ki, 2018-ci ildə kiçik və orta sahibkarlığın inkişaf etdiriliməsi məqsədilə bır çox layihələr həyata keçirən Bank Respublika, "İlin Kiçik və Orta Sahibkarlığa dəstək verən qabaqcıl təşkilatı” nominasiyasında qalib elan edilib.

"Bank Respublika adından fəaliyyətimizi yüksək qiymətləndirdiyinə görə AMFA-ya minnətdarlığımızı bildirmək istərdim. 2018-ci il bank üçün çox uğurlu olub, bunu biznesin bütün sahələri üzrə əldə etdiyimiz uğurlu maliyyə nəticələri təsdiqləyir. Ötən il əldə etdiyimiz uğurlar bizə gələcəyə inamla baxmağa və daha iddialı layihələr həyata keçirməyə imkan verəcək!” – deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

Xatırladaq ki, son ildə Bank Respublika pərakəndə bankçılıq, innovativ bankçılıq, maliyyə savadlığı, təhsil, KSM və s. İstiqamətlər üzrə müxtəlif mükafatlar qazanmışdır.
 
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

 

 


XƏBƏR LENTİ