Barak Obama MKİ və Pentaqon rəhbərliyinə namizədlərini irəli sürdü

DÜNYA
09:44 08.01.2013
1460

ABŞ prezidenti Barak Obama Pentaqon rəhbərliyinə keçmiş senator, respublikaçı Çak Heygelin namizədliyini irəli sürüb.

Vyetnam müharibəsinin veteranı olan Heygel son illər Corctaun universitetində çalışırdı və eyni zamanda prezidentin kəşfiyyat məsələləri üzrə məsləhətçiləri qrupunun həmsədri idi.

Prezident Barak Obama həmçinin terrorçuluqla mübarizə üzrə məsləhətçisi Con Brennanın namizədliyini MKİ şefi vəzifəsinə irəli sürüb.

MKİ direktoru vəzifəsi Devid Petreusun qalmaqallı istefasından sonra boş qalmışdı. Brennan ABŞ-ın antiterror məsələsində ən təcrübəli insanlarından biridir. 11 sentyabr terror aktlarından sonra o Milli antiterror mərkəzinə rəhbərlik edib.

İndi bu namizədlikləri Senat təsdiq etməlidir.//APA

OXŞAR XƏBƏRLƏR