'Barsa' 'Real'ı reytinqdə də üstələdi -SİYAHI

İDMAN
11:43 19.01.2012
1536

UEFA 2011-ci ilin simvolik komandasının müəyyənləşdirib.

AZXEBER.COM-un məlumatına görə, ilin komandası azarkeşlər arasında qurumun rəsmi saytı vasitəsilə təşkil olunan səsvermə nəticəsində məlum olub.

Simvolik komandaya İspaniyanın “Barselona” klubunun 5, "Real"ın (Madrid) 3 futbolçusu düşüb. Daha 3 oyunçu İtaliyanın “Milan”, Almaniyanın “Bavariya” və İngiltərənin “Tottenhem” komandalarındandır.

Qapıçılar: İker Kasilyas ("Real", Madrid, İspaniya)

Müdafiəçilər: Daniel Alveş, Xerard Pike (hər ikisi “Barselona”, İspaniya), Tyaqu Silva (“Milan”, İtaliya), Marselo ("Real", Madrid, İspaniya)

Yarımmüdafiəçilər: Aryen Robben (“Bavariya”, Almaniya), Xavi Ernandes, Andres İnyesta (hər ikisi “Barselona”), Qaret Beyl (“Tottenhem”, İngiltərə)

Hücumçular: Lionel Messi (“Barselona”), Kriştianu Ronaldu ("Real", Madrid).

Baş məşqçi: Xosep Qvardiola (“Barselona”).

Ozal İbrahimlli

OXŞAR XƏBƏRLƏR