'Barsa'nı udmaq 'Real'lıq deyil - VİDEO

İDMAN
12:40 19.01.2012
1772
Bütün dünyanın diqqət mərkəzində olan növbəti “El Klassiko” keçirilib. zəli rəqiblər olan “Real”la “Barselona” bu dəfə İspaniya kubokunun ¼ final mərhələsinin ilk oyununda üzləşib. Komandaların cari mövsümdə 2-ci görüşü də “Santyaqo Bernabeu”da olub və yenə qonaqlar qələbəni bayram edib. Halbuki oyunda hesabı 11-ci dəqiqədə madridlilər açıb. Dünyanın ən bahalı futbolçusu olan portuqaliyalı hücumçu Kriştianu Ronaldo matçda ilk qolun müəllifi olub. Ancaq “Barsa” fasilədən sonra nəinki hesabı bərabərləşdirib, qələbə topunu da vura bilib. Özü də maraqlıdır ki, “Real”ı rəqibin müdafiəçiləri cəzalandırıb. “Barsa”nın kapitanı Karles Puyol 49-cu dəqiqədə tarazlığı bərpa edib, Erik Abidal 87-ci dəqiqədə oyunda son nöqtəni qoyub – 2:1.Komandaların İspaniya çempionatının cari mövsümündə Madriddəki ilk oyununun da eyni ssenari ilə keçməyi diqqət çəkir. Onda da “Real” erkən qol vurmuş, artıq 1-ci dəqiqədə fərqlənmişdi. “Barsa” sonradan 3 qol vuraraq, qələbəni bayram etmişdi. Ancaq kubokda qalib 2 oyunun nəticəsi ilə müəyyənləşəcəyindən, yarımfinala çıxacaq komandanın adına yanvarın 25-də “Nou Kamp”dakı cavab matçında aydınlıq gələcək. İstənilən halda, “Barsa”nın meydan sahibi olacağı oyunda mərhələ adlamaq şansı daha çoxdur. Göründüyü kimi, “Real” çempionatda 5 xallıq fərqlə irəlidə olduğu liderliyi ən yaxın izləyicisi “Barsa”ya verməmək üçün kuboku qurban vermək fikrindədir.Qeyd edək ki, portuqaliyalı Joze Mourinyo “Real”ın baş məşqçisi olduğu 2-ci mövsümdə “Barsa”ya yalnız 1 dəfə - ötən mövsüm ölkə kubokunun finalında Ronaldonun vurduğu yeganə qolla qalib gəlib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail Yəməndən buraxılan raketi vuraraq zərərsizləşdirdi
23:37 29.07.2025
İsrail Yəməndən buraxılan raketi vuraraq zərərsizləşdirdi
Bakıda evlərdə sakinlər yaşadığı halda söküntü işləri aparılır - VIDEO
23:21 29.07.2025
Bakıda evlərdə sakinlər yaşadığı halda söküntü işləri aparılır - VIDEO
Qazaxıstan Prezidenti Türkiyənin ən yüksək dövlət mükafatı ilə təltif edilib
23:16 29.07.2025
Qazaxıstan Prezidenti Türkiyənin ən yüksək dövlət mükafatı ilə təltif edilib
Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Azərbaycana dəvət ediliblər
23:00 29.07.2025
Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Azərbaycana dəvət ediliblər
Türkiyədə sərnişin təyyarəsi nasazlıq səbəbindən məcburi eniş edib
22:48 29.07.2025
Türkiyədə sərnişin təyyarəsi nasazlıq səbəbindən məcburi eniş edib
"Sumqayıt" yeni transferini açıqladı
22:27 29.07.2025
"Sumqayıt" yeni transferini açıqladı
Daha bir direktorun səs yazısı yayıldı - VİDEO
22:21 29.07.2025
Daha bir direktorun səs yazısı yayıldı - VİDEO
Tramp Rusiyaya 10 gün vaxt verib
22:13 29.07.2025
Tramp Rusiyaya 10 gün vaxt verib
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
21:52 29.07.2025
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
21:44 29.07.2025
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib