Baş ağrısından qurtulmaq üçün - 10 TƏBİİ VASİTƏ

MARAQLI
23:34 08.02.2019
10430
Baş ağrısı bəzən dözülməz olur. Gündəlik həyatımıza isə bu tip ağrılar mənfi təsir edir. Bu ağrıdan qurtulmaq üçün isə dərhal dərmanlara üz tuturuq.

AZXEBER.COM ölkə.az-a isitnadən oxucularına dərman qəbul etmək əvəzinə təbii üsulların siyahısını təqdim edir. Çünki dərmandansa, təbii vasitələr orqanizm üçün daha yaxşıdır.
Xroniki hala çevrilən baş ağrıları üçün isə mütləq həkimə müraciət edin.

Lavanda

Sakitləşdiri təsirə malik lavanda baş ağrısına təsir edir. Lavandanın qoxusu baş ağrısı və miqreni minimum endirir. Xüsusən də stressdən yaranan baş ağrıları üçün bir stəkan suya lavanda yağı damcıladıb qoxlamaq faydalıdır.

Nanə-limon

Nanə-limon qarışığı gərginliyi azaldır. Təmiz bir bez parçasını suda isladın, sıxın və alnınıza qoyun. Bunu bir neçə dəfə təkrar edin. Başqa bir üsul isə nanə yağını qoxlamaqdır.

Zəncəfil

Zəncəfilin ağrıkəsici xüsusiyyəti var. Xüsusən də zəncəfil çayı içmək baş ağrısını azaldır. Unutmayın ki, zəncəfilin orqanizmə çox faydalı və müsbət təsirləri var.

İsti su və buz torbası

Ayaqlarınızı isti suya, boynunuza isə buz torbası qoyun. Bu, ağrını azaldır. Səbəb isə bədənin qan dövranı dəyişir və damarlar rahatlanır.

Qəhvə

Gündə bir fincan qəhvə ağrı kəsici xüsusiyyətə malikdir. Amma qəhvəni tez-tez içmək olmaz.

Gərginlik və stressdən yaranan baş ağrısını azaltmaq üçün ən yaxşı vasitələrdən biri ilıq su ilə duş qəbul etməkdir.

Açıq hava

Baş ağrısı hiss edəndə qısa bir fasilə götürün və çölə çıxın. Təmiz hava və oksigen baş ağrısını azaldır. Əgər çölə çıxa bilmirsinizsə, pəncərəni açın və otağı havalandırın.

Masaj

Gicgahınıza və qaşların arasından alnınıza doğru və burun dəlikləri üzərindən başlayaraq göz kənarlarına doğru masaj edin. Mütəxəssislər qeyd edirlər ki, bu tip masaj baş ağrısını azaldır.

Qaranlıq və sükut

Bəzən çox işıqlı və səs-küylü yerlərdə olmaq da baş ağrısına səbəb olur. Bunun üçün də az işıq olan və səssiz bir yerdə qısa müddət istirahət edin.

Yatmaq

Normal bir yuxu da baş ağrısı ilə əlaqəlidir. Kifayət qədər yatmayanda orqanizm müxtəlif reaksiyalar göstərir. Bəzən baş ağrıyanda qısa müddətlik də olsa, yatmaq ağrını azaldır.

OXŞAR XƏBƏRLƏR